Beyləqanda yol qəzasında bir nəfər həlak oldu
Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində “Lexus” və "BMW" markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.
"BMW" markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.