Bakıda ağaclıq sahədə baş verən yanğının qarşısı alındı

Bakıda ağaclıq sahədə baş verən yanğının qarşısı alındı
30.12.2025 21:52 Hadisə

Nizami rayonu, C.Naxçıvanski küçəsində ağaclıq sahədə yanğın baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər