Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb
28.11.2026 11:18 Hadisə

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Bu barədə TodayPress TV-yə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər