Polis heyrətə düşdü: Yelləncəklərin altındakı qapı...

Polis heyrətə düşdü: Yelləncəklərin altındakı qapı...
28.11.2026 11:07 Dünya

İspaniyanın Qranada əyalətinin Las Qabias şəhərində uşaq meydançasının altında yerləşən bunkerdə gizli marixuana plantasiyası aşkar edilib.

TodayPress TV xəbər verir ki, araşdırma aparan qurumların məlumatına görə, bu, regionda aşkarlanan ən böyük və texnoloji baxımdan ən təkmil belə təsərrüfat olub.

Bunkerin girişi uşaq yelləncəkləri və oyun evciyinin yaxınlığında süni ot örtüyünün altında gizlədilib. Örtüyün altında hidravlik mexanizmlə açılan lyuk vasitəsilə yeraltı kompleksə daxil olmaq mümkün olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları içəridə ümumi sahəsi təxminən 180 kvadratmetr olan plantasiya aşkarlayıblar. İki otaqdan ibarət kompleks havalandırma, işıqlandırma və iqlimə nəzarət sistemləri ilə təchiz edilib. Otaqların tavanının hündürlüyü 5 metrə çatıb.

Əməliyyat zamanı 1 954 marixuana bitkisi müsadirə edilib. Müəyyən olunub ki, plantasiyanın elektrik təchizatı ən yaxın elektrik xəttinə qanunsuz qoşulma yolu ilə təmin edilib. Kompleksin elektrik istehlakı təxminən 100 adi ev təsərrüfatının ümumi sərfiyyatına bərabər olub.

Qiymət Mahir


XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər