Sinqapur çiplərin dalınca düşüb, ABŞ isə vermir

Sinqapur çiplərin dalınca düşüb, ABŞ isə vermir
28.11.2026 03:49 Dünya

Sinqapur ABŞ-nin ixrac məhdudiyyətlərini sərtləşdirməsi fonunda qabaqcıl yarımkeçiricilərə çıxışını qorumağa çalışır.

TodayPress TV xəbər verir ki, bu barədə Sinqapurun baş nazirinin müavini Qan Kim Yonq bildirib.

Onun sözlərinə görə, hökumət çiplərin qanunsuz ticarətinin qarşısını almaq üçün nəzarət mexanizmlərini yenidən nəzərdən keçirir.

Noyabr ayında Donald Tramp administrasiyası Sinqapur, Malayziya, Tailand və İndoneziyaya qabaqcıl prosessorların ixracına dair məhdudiyyətləri sərtləşdirib.

Yeni tədbirlər Çin şirkətlərinə qabaqcıl süni intellekt texnologiyalarından uzaqdan istifadə imkanı verən xarici məlumat mərkəzlərinə də şamil olunur.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər