Altıdan çox PUA vuruldu, amma qalıqları yoxa çıxdı

Altıdan çox PUA vuruldu, amma qalıqları yoxa çıxdı
28.11.2026 10:44 Dünya

Böyük Britaniyanın şərqində, Suffolk qraflığında yerləşən Kral Hərbi Hava Qüvvələrinin (RAF) Leykenhit aviabazasında xidmət edən ABŞ hərbçiləri altıdan çox pilotsuz uçuş aparatının hücumunu dəf ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi hadisədən məlumatlı mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, insident zamanı PUA hücumlarının qarşısını almaq üçün ABŞ texnologiyalarından uğurla istifadə olunub. Lakin nə Britaniya, nə də ABŞ mütəxəssisləri vurulan dronları aşkar edə biliblər.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər