Qadınların adını çəkmək qadağan edildi - Onlara “inək” və “keçi” deyəcəklər

Qadınların adını çəkmək qadağan edildi - Onlara “inək” və “keçi” deyəcəklər
28.11.2026 02:59 Dünya

Əfqanıstanın Bəlx vilayətində “Taliban” hərəkatı qadınlara adları ilə müraciət edilməsini qadağan edib.

TodayPress TV xəbər verir ki, “El País” nəşrinin məlumatına görə, Taliban tibb işçilərinə və dövlət qulluqçularına qadınlara “Bibi” sözü ilə müraciət etməyi tapşırıb. Bu söz “nənə” və ya “qoca qadın” mənasını verir.

Almaniyada yaşayan əfqanıstanlı fəal Lalə Osmani bildirib ki, Taliban qadın adlarının əvəzinə “keçi” və “inək” kimi ifadələrdən istifadə etməyi də əmr edib.

Fəalın sözlərinə görə, bu cür göstərişlər qadınların şəxsiyyətini və insan ləyaqətini alçaltmağa yönəlmiş sistemli prosesin tərkib hissəsidir.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər