Küveytə dron hücumunu Ukrayna təşkil edib? - Tehrandan İDDİA

Küveytə dron hücumunu Ukrayna təşkil edib? - Tehrandan İDDİA
28.11.2026 06:13 Dünya

Tehranda Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumun təşkilində Kiyevi ittiham ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “The New York Post” İranın nüvə proqramı üzrə danışıqlar qrupunun keçmiş müşaviri Məhəmməd Marandiyə istinadən yazıb.

Onun sözlərinə görə, hücumun məqsədi ABŞ Prezidenti Donald Trampa “öz potensialını nümayiş etdirmək” olan saxta bayraq əməliyyatı olduğu iddia edilir.

Marandi qeyd edib ki, Ukrayna qüvvələri Yaxın Şərqin müxtəlif bölgələrində, o cümlədən İraqın şimalında və Suriyada fəaliyyət göstərir.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər