Smolensk sirri açılır? Polşada istintaq bitə bilər

Smolensk sirri açılır? Polşada istintaq bitə bilər
28.11.2026 06:56 Dünya

Polşa prezidenti Lex Kaçinskinin Smolensk yaxınlığında təyyarə qəzası ilə bağlı araşdırma ekspertlərin hadisənin səbəbləri barədə birmənalı nəticəyə gəlməsi səbəbindən başa çata bilər.

TodayPress TV xəbər verir ki, bunu Polşanın ədliyyə naziri Valdemar Jurek mətbuat konfransında bildirib.

Jurekin sözlərinə görə, qərar istintaq qrupundan asılıdır, lakin mütəxəssislərin nəticələri iş üzrə icraatın tezliklə yekunlaşacağını deməyə əsas verir.

Konfrans zamanı onun “wPolsce24” telekanalının müxbiri ilə mübahisəsi olub. Jurnalist ekspert rəyinin Rusiyada qəza yerində təyyarə qalıqları araşdırılmadan və rusiyalı dispetçerlər dindirilmədən hazırlandığını israr edib:

“Əlbəttə, siz bu sənədin ağ deyil, qara olduğunu deyə bilərsiniz. Mən buna mane olmayacağam”.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər