İran bütün sərhədlərinə qoşun yığdı, döyüş hazırlığı ELAN EDİLDİ

İran bütün sərhədlərinə qoşun yığdı, döyüş hazırlığı ELAN EDİLDİ
28.11.2026 09:33 Dünya

İran Silahlı Qüvvələrinin quru qoşunları ölkənin sərhəd bölgələrində yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hərbi bölmələrin ölkənin bütün sərhədi boyunca yerləşdirilməsi başa çatdırılıb.

TodayPress TV  xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA-ya açıqlamasında Quru Qoşunlarının əməliyyatlar üzrə komandanının müavini, briqada generalı Sirus Amanollahi bildirib.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı və ordu komandanlığının əmrlərinə uyğun olaraq, quru qoşunlarının bölmələri ölkənin şimal-qərb sərhədlərindən Türkmənistan və Əfqanıstanla sərhədyanı ərazilərə qədər müxtəlif istiqamətlərdə yerləşdirilib.

General qeyd edib ki, qüvvələrin dislokasiyası Baş Qərargah tərəfindən əvvəlcədən hazırlanmış və təsdiqlənmiş müdafiə planları əsasında həyata keçirilib. Bu zaman regiondakı əməliyyat vəziyyəti və potensial rəqiblərin hərbi imkanları nəzərə alınıb.

Amanollahi, həmçinin nizami ordu, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), hüquq-mühafizə qüvvələri və Bəsic milisi arasında koordinasiyanın təmin olunduğunu bildirib.

Onun sözlərinə görə, Baş Qərargah nümayəndələrinin sərhəd bölgələrində apardığı yoxlamalar qoşunların döyüş hazırlığının və texniki təchizatının vəziyyətini qiymətləndirməyə imkan verib.

Qiymət Mahir

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər