Rusiya "rezindən ordu" yığır
Rusiya Çindən ümumi dəyəri 122 milyon dollar olan şişmə hərbi maketlər satın alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri “Import Genius”un məlumatlarına istinadən yazıb.
Məlumata görə, alınan maketlərə təyyarə, tank, hava hücumundan müdafiə sistemləri və raket buraxılış qurğularının modelləri daxildir. Onlardan Ukraynanın kəşfiyyat dronlarını və hücumlarını həqiqi hərbi texnikadan yayındırmaq üçün aldadıcı hədəf kimi istifadə olunur.
Bu məhsulların bəzilərinin qiyməti cəmi bir neçə yüz dollar təşkil edir. Lakin müəyyən modellər real hərbi sistemlərin istilik izlərini və radiotezlik siqnallarını təqlid etmək qabiliyyətinə malikdir.
Qiymət Mahir
🇷🇺🇨🇳 | Rusia ha comprado a China señuelos militares inflables por valor de 122 millones de dólares.
— Alerta News 24 (@AlertaNews24) November 27, 2026
Esta estimación fue publicada por The Telegraph, que citó datos de Import Genius.
Los señuelos de aviones, tanques, sistemas de defensa antiaérea y lanzadores de misiles se…