Ayrı-ayrı rayonlarda silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə TodayPress TV-yə DİN-dən məlumat verilib.
Sentyabrın 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 9 qumbara, 5 alışdırıcı, 14 tüfəng, 1 patron darağı və 895 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.