Avtomobil dərəyə aşdı, 7 nəfər xəsarət aldı

Avtomobil dərəyə aşdı, 7 nəfər xəsarət aldı
31.12.2025 15:11 Hadisə

31 dekabr saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən xəbər verilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər