Astarada yeniyetmə su anbarında boğuldu

Astarada yeniyetmə su anbarında boğuldu
03.07.2025 21:56 Hadisə

Astarada yeniyetmə ehtiyatsızlıqdan su anbarına düşüb.

TodayPress TV xəbər verir ki, bədbəxt hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb.

Kənd sakini 15 yaşlı Murad Ramin oğlu Ağazadə, ehtiyatsızlıqdan qəsəbə ərazisində yerləşən Lovain su anbarına düşərək ölüb.

Kənd sakinlərinin köməyi ilə M. Ağazadənin meyiti su anbarından çıxarılıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər