17 yaşlı yeniyetmənin qətli ilə bağlı cinayət işi başlanıldı

17 yaşlı yeniyetmənin qətli ilə bağlı cinayət işi başlanıldı
16.09.2025 20:00 Hadisə

Cəlilabad rayonunda məktəblilər arasında qətllə bitən hadisə ilə bağlı cinayət işi başlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Belə ki, yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər