Rusiyaya gedən yük maşınları sərhəddə saxlanıldı - SƏBƏB

Rusiyaya gedən yük maşınları sərhəddə saxlanıldı - SƏBƏB
17.11.2026 17:55 Gündəm

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin "Samur" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Rusiya istiqamətində hərəkət edən "Mercedes" və "Renault" markalı yük nəqliyyat vasitələrinə baxış keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı "Mercedes" markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, "Renault" markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkar edilib.

Yüklərə dair sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilib və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

TodayPress TV






XƏBƏR LENTİ
18 NOYABR 2026
Bütün Xəbərlər