Zelenskidən Rusiyanın planlarına qarşı “əks-həmlə” - Müdafiə sistemi dəyişir

Zelenskidən Rusiyanın planlarına qarşı “əks-həmlə” - Müdafiə sistemi dəyişir
15.09.2026 19:17 Dünya

Ukrayna elektron müharibə avadanlıqlarının tədarükünü artıracaq, mobil atəş qruplarının fəaliyyətini yenidən təşkil edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bəyanat yayıb.

“Toplantısı keçirdim. Əsas məsələlər arasında kritik infrastrukturun və logistikanın qorunması sistemlərinin istehsalı üzrə müqavilələr var. "Ukrzaliznitsa"nın, yanacaqdoldurma məntəqələri şəbəkəsinin və Rusiya zərbələri üçün xüsusilə əhəmiyyətli hədəf olan müəyyən kritik müəssisələrin ehtiyaclarını ətraflı təhlil etdik”, - deyə dövlət başçısı bildirib.

Prezident, həmçinin kəşfiyyat qurumlarının məruzəsinin nəticələrindən danışıb. Onun sözlərinə görə, rusiyalıların təsdiqlənmiş planlarında diqqətlərini daha çox nəyə yönəltdikləri müəyyənləşdirilib.

“Bununla bağlı müdafiə qərarları var. Xüsusilə elektron müharibə avadanlıqlarının komponentini əhəmiyyətli dərəcədə gücləndirəcək və satınalmaların həcmini artıracağıq, müqavilələr təsdiqlənib. Müəyyən mobil atəş qruplarının və hava hücumundan müdafiə mövqelərinin fəaliyyəti də yenidən təşkil ediləcək”, - Zelenskinin bəyanatında deyilir.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər