Zelenski: "Tramp Rusiyaya təzyiqi artırmalıdır"

Dünya

12.03.2026 11:03

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyaya təzyiqi artırmasını istəydiyini bildirib.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə "Politico" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Trampın mövqeyi Ukrayna müharibəsi üzrə mümkün sülh danışıqlarının uğuru üçün həlledici əhəmiyyət daşıyacaq.

“Biz danışıqlar istəyirik və onları dəstəkləyirik. Rusiyaya etibar etmirik, amma düşünürəm və inanıram ki, amerikalılar bu müharibəni bitirmək istəyirlər. Ümid edirəm ki, bizə kömək edəcəklər. Lakin bizə mənə yox, Rusiyaya daha çox təzyiq lazımdır”, – deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, martın əvvəlində Donald Tramp Zelenskinin Ukrayna münaqişəsinin nizamlanmasına maneə olduğunu bildirib və Ukrayna liderinin “əlinin daha da zəiflədiyini” demişdi.

Qiymət Mahir

tag: Ukrayna ,Zelenski,ABŞ ,Donald Tramp,TodayPress TV,