Zelenski: Rusiya təyyarəmi iki dəfə vurmağa çalışıb - VİDEO

Zelenski: Rusiya təyyarəmi iki dəfə vurmağa çalışıb - VİDEO
16.09.2026 10:12 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son həftələr ərzində onun prezident təyyarəsini iki dəfə dronlarla hədəfə almağa çalışdığını bildirib.

TodayPress TV xəbər verir ki, Zelenski bu barədə CBS "News"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, ilk insident zamanı prezident təyyarəsi Moldovada olub və Rusiya məhz bu səbəbdən Moldovaya hücum edib:

“Mənim prezident təyyarəm Moldovada idi və məhz buna görə onlar Moldovaya hücum etdilər. Evə qayıdarkən – yenidən Kişinyov üzərindən – eyni şeyi etdilər”.

Zelenski Polşa sərhədi yaxınlığında qatarın partladılması ilə bağlı insidentə də toxunub. O, Rusiyanın qatarda ABŞ və Avropa rəsmilərinin olduğunu bilib-bilmədiyi ilə bağlı suala cavabında belə bir ehtimalı istisna etməyib.

“Bəlkə də orada bəzi amerikalıların olduğunu bilmirdilər, bəlkə də əksinə, bilirdilər. Çünki mən onlara etibar etmirəm. Məncə, onlar bilirdilər. Məhz buna görə də qatarda avropalılar, amerikalılar və böyük nümayəndə heyəti olduğu halda hücum etdilər”, – deyə Zelenski bildirib.

Ukrayna lideri enerji obyektlərinə qarşı atəşkəsin də hazırda qüvvədə olmadığını deyib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin danışıqların necə aparılmasını “hörmət etmir, görmür və anlamır”.

“Buna görə də biz cavab veririk. Biz heç vaxt ilk hücuma keçmirik”, – Zelenski əlavə edib.

Jalə Rövşən

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər