Zelenski Finlandiya lideri ilə dron insidentini müzakirə etdi

Dünya

30.03.2026 16:59

Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə dron insidentini müzakirə edib.

TodayPres TV xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidməti məlumat yayıb.

Zelenski bildirib ki, tərəflər Finlandiya ərazisində baş vermiş pilotsuz uçuş aparatları ilə bağlı hadisəni eyni şəkildə qiymətləndirirlər.

Onun sözlərinə görə, Kiyev bu insidentlə bağlı Helsinkiyə bütün zəruri məlumatları təqdim edir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy ölkəsinin Finlandiya hava məkanının pozulmasını etiraf etdiyini və hadisəyə görə üzr istədiyini açıqlamışdı.

Məlumata görə, 29 martda Finlandiya hava məkanına bir neçə Ukrayna dronu daxil olub. Onlardan biri Kouvola şəhəri yaxınlığında yerə düşüb.

Hadisə fonunda Finlandiya qırıcı təyyarələri havaya qaldırıb və insidenti ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Qiymət Mahir

tag: Ukrayna ,Finlandiya,Stubb,Kiyev ,TodayPres TV,