Keyn tarix yazdı: Karyerasının ilk “Qızıl top”unu qazandı

Keyn tarix yazdı: Karyerasının ilk “Qızıl top”unu qazandı
27.10.2026 08:37 İdman

Londonda keçirilən mükafatlandırma mərasimində İngiltərə millisinin və “Bavariya”nın hücumçusu Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatına layiq görülüb.

TodayPress TV xəbər verir ki, ingiltərəli futbolçu eyni zamanda ilin ən yaxşı kişi hücumçusuna təqdim olunan Gerd Müller mükafatının da sahibi olub.

Keyn karyerasında ilk dəfə futbol dünyasının ən nüfuzlu fərdi mükafatlarından biri hesab edilən “Qızıl top”u qazanıb.

2025/2026 mövsümündə klub və milli komanda səviyyəsində 73 qol vuran hücumçu möhtəşəm performansı ilə diqqət çəkib. O, 65 oyunda “Bavariya”nın heyətində 61, İngiltərə millisində isə 12 qol vurub.

Keyn ötən mövsüm Bundesliqada 36 qolla ardıcıl üçüncü dəfə çempionatın bombardiri olub. İngiltərəli forvard Almaniya Kubokunda 10, UEFA Çempionlar Liqasında isə 14 dəfə fərqlənib.

“Bavariya”nın Bundesliqa, Almaniya Kuboku və Almaniya Superkubokunu qazandığı mövsümdə Keyn ikinci dəfə Avropanın “Qızıl buts” mükafatına da sahib çıxıb.

İngiltərə millisinin heyətində altı qolla komandasının 2026-cı il dünya çempionatında üçüncü yeri tutmasına töhfə verən Kapitan mundiallarda vurduğu qolların sayını 14-ə çatdıraraq Dumanlı Albionun turnir tarixində ən məhsuldar futbolçusuna çevrilib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər