Rusiya 6 Afrika ölkəsi ilə yeraltı sərvətlər üzrə saziş imzalayacaq
Rusiya yaxın vaxtlarda altı Afrika ölkəsi ilə yeraltı sərvətlərin istifadəsi və geoloji kəşfiyyat sahəsində ikitərəfli əməkdaşlıq sənədləri imzalamağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, "TASS"ın Rusiya Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinə istinadən yaydığı məlumata görə, Moskva hazırda Afrika ölkələri ilə 21 ikitərəfli müqavilə çərçivəsində əməkdaşlıq edir.
Əməkdaşlıq ərazilərin birgə geoloji kəşfiyyatını, məlumat mübadiləsini və perspektivli layihələrin hazırlanmasını əhatə edir. Yeni sazişlərin daha altı ölkə ilə imzalanması nəzərdə tutulur.
Üçüncü Rusiya-Afrika sammiti oktyabrın 28-29-da Moskvada keçiriləcək.
Türkan İsgəndərli