ABŞ nüvə sualtı qayığını Avstraliyaya yerləşdirir

ABŞ nüvə sualtı qayığını Avstraliyaya yerləşdirir
27.10.2026 06:10 Dünya

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Kolorado” nüvə sualtı qayığı 2027-ci ilin sonunda Avstraliyaya göndəriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, ABŞ-nin müharibə naziri Pit Heqset və Avstraliyanın Baş nazirinin müavini, müdafiə naziri Riçard Marls “Kolorado” sualtı qayığının təyinatını elan ediblər. “Virciniya” sinfinə aid sualtı qayıq Qərb rotasiya sualtı qüvvələrinin tərkibinə daxil olacaq.

Sualtı qayıq Qərbi Avstraliyada yerləşən “Sterlinq” hərbi-dəniz bazasında dislokasiya ediləcək. Bu bazada rotasiya əsasında ABŞ-nin dördədək nüvə sualtı qayığının və Böyük Britaniyaya məxsus bir sualtı qayığın yerləşdirilməsi nəzərdə tutulur.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər