Rusiya Kiyevi ballistik raketlərlə vurdu: ölən və yaralananlar var
Rusiya ordusunun ballistik raketlərlə Ukraynanın paytaxtı Kiyevin Desnyanski və Dnepr rayonlarına endirdiyi zərbələr nəticəsində azı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, Kiyev meri Vitali Kliçko bildirib ki, ölən şəxs supermarketin yaxınlığında olub.
Zərbələr nəticəsində universitetə, yaşayış binalarına, metro stansiyasına və tibb müəssisələrinə ziyan dəyib. Ərazidə xilasetmə əməliyyatları davam edir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın enerji infrastrukturuna zərbələr endirməyi davam etdirdiyini bildirib. Onun sözlərinə görə, bu strategiya nəticə vermir.
Jalə Rövşən