İran görüşü Qər(i)bə bir dərd oldu - "Ofsayta düşdülər"

İran görüşü Qər(i)bə bir dərd oldu - "Ofsayta düşdülər"
27.10.2026 10:04 Dünya

İranda keçirilən görüş regionda təhlükəsizlik və əməkdaşlıq məsələlərini yenidən gündəmə gətirib.

TodayPress TV xəbər verir ki, görüşlə bağlı yayılan xəbərlərdə İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın iştirakı ilə regional təhlükəsizliyin təmin olunmasına yönəlmiş yeni çərçivənin formalaşdırılması ideyası irəli sürülüb.

Açıqlamada vurğulanıb ki, regionda sülh və təhlükəsizlik ilk növbədə region ölkələrinin özləri tərəfindən təmin edilməlidir.

Bəyanatda İranın 5 225 illik tarixinə və ölkənin hazırkı gücünə də istinad olunub. Görüşün İsraildə keçiriləcək seçkilər ərəfəsinə təsadüf etməsi isə siyasi mesaj kimi təqdim edilib.

Açıqlamada İsrailin Baş naziri Benyamin Netanyahuya ünvanlanan sərt ifadələr yer alıb və onun siyasi gələcəyinin sona yaxınlaşdığı, həbs təhlükəsi ilə üzləşə biləcəyi iddia edilib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər