“Qızıl top” müəmması: Lamin Yamalın qələbəsinə nə mane oldu?

“Qızıl top” müəmması: Lamin Yamalın qələbəsinə nə mane oldu?
27.10.2026 09:42 İdman

“France Football” jurnalının baş redaktoru və “Qızıl top” mükafatının rəhbəri Vensan Qarsiya “Barselona” klubunun və İspaniya millisinin futbolçusu Lamin Yamalın nüfuzlu fərdi mükafatı qazana bilməməsinin səbəbləri barədə danışıb.

TodayPress TV xəbər verir ki, Qarsiya Sport.es nəşrinə açıqlamasında bildirib ki, səsvermə zamanı İspaniya millisinin futbolçuları arasında səslər bölünüb:

“Düşünürəm ki, dünya çempionu olan İspaniya millisinin daxilində səslər Rodri və Lamin Yamal arasında bölünüb. Səsvermə zamanı Rodri Laminə verilə biləcək səslərin bir hissəsini özünə cəlb etmiş ola bilər. İspaniyalı futbolçulara verilən səslər müəyyən mənada parçalandı. Üstəlik, İspaniya millisi 2026-cı il dünya çempionatında vahid kollektiv kimi çıxış edirdi. Buna görə də konkret bir futbolçunun fərdi uğurunu ön plana çıxarmaq çətin idi”.

“France Football”un rəhbəri qeyd edib ki, Lamin Yamal dünya çempionu olsa da, turnirdə cəmi bir qol vurub və yarışa zədə ilə başlayıb. Bu amillər münsiflər heyətinin İspaniya millisinin futbolçularından birini seçməsini çətinləşdirib.

Qarsiya özü isə səsvermədə qalib olmayan, lakin mükafata layiq bildiyi futbolçuya səs verdiyini açıqlayıb. Onun sözlərinə görə, bu seçimin kim olduğu şənbə günü məlum olacaq.

Harri Keynin qələbəsini də şərh edən Qarsiya ingiltərəli hücumçunu böyük bombardir adlandırıb. O bildirib ki, münsiflər heyəti Keyni bütün namizədlər arasında fərqli keyfiyyətləri ən yaxşı şəkildə özündə birləşdirən futbolçu hesab etmiş ola bilər.

Qeyd edək ki, 2026-cı ilin “Qızıl top” mükafatının qalibi İngiltərə millisinin və “Bavariya” klubunun hücumçusu Harri Keyn olub. Lamin Yamal üçüncü, Rodri isə dördüncü yeri tutub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər