Türkiyədə təbii fəlakət: Güclü qasırğa nəticəsində ölənlər var - VİDEO

Türkiyədə təbii fəlakət: Güclü qasırğa nəticəsində ölənlər var - VİDEO
27.10.2026 08:26 Dünya

Türkiyənin Antalya şəhərində baş verən güclü qasırğa nəticəsində dörd nəfər ölüb, bir nəfər yaralanıb. Təbii fəlakət işçilərin müvəqqəti yaşayış kabinələrini və tikinti kranını dağıdıb.

TodayPress TV xəbər verir ki, "BNO News" agentliyinin məlumatına görə, hadisə Antalyanın Fevzi Çakmak rayonunda qeydə alınıb.

Tikinti sahəsinin yaxınlığındakı binalara ziyan dəyməyib.

Hadisədən əvvəl Türkiyə Meteorologiya Xidməti güclü yağışlarla əlaqədar sarı xəbərdarlıq elan edib.

Türkan İsgəndərli

TodayPress TV 

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər