Hokkeyin əfsanələri ilə bir sırada: Makdeviddən tarixi nəticə

Hokkeyin əfsanələri ilə bir sırada: Makdeviddən tarixi nəticə
27.10.2026 08:57 İdman

“Edmonton Oylers”in kanadalı hücumçusu Konor Makdevid ABŞ Milli Hokkey Liqasının (NHL) müntəzəm çempionatında oktyabr ayı ərzində topladığı xalların sayına görə tarixi göstəriciyə imza atıb.

TodayPress TV xəbər verir ki, 27 yaşlı hokkeyçi oktyabr ayında keçirdiyi 11 oyunda 8 qol vurub və 24 məhsuldar ötürmə ilə yadda qalıb. Beləliklə, onun aktivində 32 xal var.

Bu göstərici NHL tarixində oktyabr ayı üçün dördüncü ən yaxşı nəticədir.

Siyahıda Makdeviddən öndə yalnız əfsanəvi hokkeyçilər Mario Lemye və Ueyn Qretzki qərarlaşıb. Lemye 1988-ci ilin oktyabrında 38, 1992-ci ilin oktyabrında isə 36 xal toplayıb. Qretzki isə 1986-cı ilin oktyabrını 33 xalla başa vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər