Quilesə görə gənclər küçələrə axışdı: 19 nəfər saxlanıldı
İspaniyanın Bilbao şəhərində sağçı fəal Vito Quilesin planlaşdırılan tədbirinə qarşı keçirilən etirazlar kütləvi iğtişaşlarla nəticələnib.
TodayPress TV xəbər verir ki, oktyabrın 26-da Deusto Universitetinin yaxınlığında yüzlərlə gənc Quilesin şəhərə səfərinə və planlaşdırılan çıxışına etiraz edib.
Aksiya zamanı bəzi iştirakçılar zibil konteynerlərini və avtomobilləri yandırıb, polis əməkdaşlarına daş atıblar. Polisə məxsus motosiklet də yandırılıb.
Təhlükəsizlik riskləri səbəbindən Vito Quiles tədbirini ləğv edib.
İğtişaşlar zamanı 19 nəfər saxlanılıb, daha 3 nəfər barəsində araşdırma başlanılıb.
Jalə Rövşən