Zaporojye istiqamətində Rusiya hücumu uğursuz oldu
Rusiya ordusunun Zaporojye istiqamətində həyata keçirdiyi hücum uğursuz olub, hərbi texnikalarının bir qismi məhv edilib.
TodayPress TV Ukrayna KİV-ə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin 118-ci əlahiddə briqadasının məlumatına görə, Rusiya qüvvələri Malaya Tokmaçka kəndi yaxınlığında iki motoatıcı bölüyü ilə hücuma cəhd edib.
Hücum bir neçə mərhələdən ibarət olub və hər mərhələdə 5-8 ədəd hərbi texnika iştirak edib. Döyüşlər zamanı rusların 2 tankı, 12 PDM-i, 6 BTR-i və 2 “Tiqr” zirehli avtomobili məhv edilib. Hücum uğursuzluqla nəticələndikdən sonra rus qüvvələri geri çəkilib.
Jalə Rövşən