Zaporojye AES-də 10 günlük "gerisayım" başladı - Dizel ehtiyatı TÜKƏNİR
Zaporojye Atom Elektrik Stansiyası (AES) xarici elektrik təchizatının itirilməsi səbəbindən bir həftədən artıqdır yalnız dizel-generatorlarla işləyir.
TodayPress TV xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi məlumat yayıb.
Stansiyanın ərazisində yanacaq ehtiyatının təxminən 10 günə çatacağı bildirilib.
Xatırladaq ki, stansiya avqustun 20-də hərbi əməliyyatlar nəticəsində sonuncu xarici elektrik xətti olan 330 kV-luq “Ferrosplavnaya-1” xətti ilə əlaqəni itirib.
Aysel Mətləb