Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi

Yəməndə 2022-ci ildən bəri ən ciddi qarşıdurma: Husilər hücuma keçdi
07.08.2026 09:36 Dünya

İranın dəstəklədiyi husi qüvvələri Yəmənin Mərib və Hadramut əyalətlərində hökumət ordusunun hərbi düşərgələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

TodayPress TV xəbər verir ki,  məlumata görə, hücumlar nəticəsində azı 30 hökumət əsgəri həlak olub, 50-dən çox hərbçi yaralanıb.

Hadisə 2022-ci ildə əldə olunan atəşkəsdən sonra Yəməndə baş verən ən ciddi eskalasiyalardan biri kimi qiymətləndirilir. 

Husilərin hücumları ölkədə onsuz da kövrək olan vəziyyəti daha da gərginləşdirib və Yəməndə yeni genişmiqyaslı hərbi qarşıdurmanın başlanması ilə bağlı narahatlıqları artırıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər