Yaponiyada kənd təsərrüfatı naziri tənqid olunur

Yaponiyada kənd təsərrüfatı naziri tənqid olunur
19.05.2025 12:22 Dünya

Yaponiyanın kənd təsərrüfatı naziri Taku Eto heç vaxt düyü almadığını bildirdikdən sonra qalmaqalın mərkəzinə düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Saga Shimbun” qəzeti məlumat yayıb.

 Rəsmi tədbirdə çıxışı zamanı Eto ölkədə düyü qiymətlərinin kəskin artmasına münasibət bildirib:

“Düyü qiymətlərinin artmasına görə məsuliyyət hiss edirəm. Amma, açığı, mən heç vaxt düyü almıram. Məni dəstəkləyənlər o qədər çox hədiyyə edirlər ki, bəzən satmaq istəyirəm”.

Nazirin bu sözləri Yaponiyada geniş ictimai rezonansa səbəb olub.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər