Çin Rusiyanın bu ərazilərinə göz dikdi - Müharibə bitən kimi...
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Çinin gələcəkdə Rusiyaya qarşı mövqe dəyişə biləcəyini və Tayvan məsələsini həll etdikdən sonra Rusiyanın Uzaq Şərqindəki ərazilərlə bağlı tarixi iddiaları yenidən gündəmə gətirə biləcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Kulebanın sözlərinə görə, Rusiya XIX əsrdə Çindən təxminən 1 milyon kvadratkilometr ərazini, o cümlədən indiki Vladivostok şəhərinin yerləşdiyi bölgəni ələ keçirib. O hesab edir ki, Pekin Tayvanla bağlı prioritetlərini həll etdikdən sonra bu tarixi mübahisələrə yenidən qayıda bilər.
Bununla belə, Kulebanın fikirləri Çinin gələcək niyyətləri ilə bağlı proqnoz xarakteri daşıyır və Pekinin bu istiqamətdə açıqladığı rəsmi siyasəti əks etdirmir. Çin və Rusiya arasında qalan sərhəd mübahisələri 2008-ci ildə başa çatan razılaşmalarla rəsmən həll edilib.
Kulebanın xəbərdarlığı Rusiyanın Çindən artan iqtisadi və strateji asılılığının uzunmüddətli perspektivdə yarada biləcəyi risklərə diqqət çəkir. Hazırda Moskva və Pekin sıx strateji münasibətlər saxlasalar da, tərəflər arasındakı əlaqələr iqtisadi güc fərqi və tarixi ziddiyyətlərin təsiri altındadır.
Qiymət Mahir