Trampın generalları “Nvidia”nın kreslosuna göz dikdi
ABŞ-ın müdafiə naziri Pit Heqset və Pentaqonun yüksək vəzifəli rəsmiləri “Nvidia” şirkətinin rəhbərliyinə təzyiq göstərmək üçün 1950-ci il Müdafiə İstehsalı Qanunundan istifadə imkanını müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, məlumata görə, məqsəd şirkətin idarə heyətini Jensen Huangı baş direktor vəzifəsinə qaytarmağa sövq etmək olub.
Soyuq müharibə dövründə qəbul edilən qanun ABŞ prezidentinə milli təhlükəsizlik maraqları naminə iqtisadiyyata müdaxilə etmək üçün geniş səlahiyyətlər verir.
Qeyd edək ki, bu qanun indiyədək heç vaxt hər hansı şirkətin baş direktorunu təyin etmək məqsədilə tətbiq edilməyib.
Bildirilir ki, Pentaqon rəsmiləri qanundan istifadə etməklə “Nvidia”nı hərbi müqavilələrə üstünlük verməyə məcbur etmək variantını da nəzərdən keçiriblər. Belə bir addımın şirkətin kommersiya maraqlarına və mənfəətinə mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Jalə Rövşən