Rusiya Gürcüstana girməyə hazırlaşır - kəşfiyyat detalları sızdı
Rusiya Abxaziya və Cənubi Osetiyanın siyasi, iqtisadi və hərbi asılılığını artıraraq onların mümkün ilhaqı üçün şərait yaradır.
TodayPress TV xəbər verir ki ,bu barədə “Nexta” “X” kanalında məıumat yayıb.
Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin parlamentdə müzakirə olunan 2025-ci il üzrə hesabatında bildirilir.
Moskva maliyyə və iqtisadi təsir vasitələrindən istifadə edir, Rusiya pasportlarının və sürücülük vəsiqələrinin verilməsi prosedurlarını sadələşdirir, nəqliyyat əlaqələrini genişləndirir və dezinformasiya kampaniyaları aparır.
Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində baş verən silahlı münaqişələr nəticəsində Tbilisinin nəzarətindən çıxıb. Rusiya 2008-ci ildə Gürcüstanla müharibədən sonra bu ərazilərin müstəqilliyini tanıyıb və orada hərbi bazalar yaradıb.
Gürcüstan və dünya ölkələrinin əksəriyyəti bu iki ərazini müstəqil dövlət kimi tanımır.
Zəhra Məmmədova