Yaponiya Rusiya ilə sülh istəyir
Dünya
07.02.2026 14:00
Yaponiya Kuril adalarının ərazi mənsubiyyəti məsələsini həll etməyə və Rusiya ilə sülh müqaviləsi bağlamağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi açıqlama verib.
O, 45-ci “Şimal ərazilərinin geri qaytarılması tələbi ilə Ümumxalq qurultayı”nda çıxışı zamanı Tokio ilə Moskva arasında münasibətlərin hazırda çətin olduğunu, lakin bir sıra əsas məsələlərin hələ də açıq qaldığını bildirib.
“İkinci Dünya müharibəsindən 80 il keçsə də, Rusiya ilə ərazi məsələsi hələ də həll olunmayıb və sülh müqaviləsi imzalanmayıb. Bu, doğrudan da acı və təəssüf doğuran vəziyyətdir. Hökumət bu durumu ağır qəbul edir”, – deyə Baş nazir vurğulayıb.
Xatırladaq ki, 2024-cü ildə Yaponiya hökuməti Cənubi Kuril adalarını Rusiyanın “qanunsuz işğalı altında olan ərazilər” kimi qiymətləndirmişdi. Yaponiya Xarici İşlər Nazirliyinin hesabatında ikitərəfli münasibətlərdə əsas narahatlıq məhz “şimal əraziləri məsələsi” kimi göstərilib.
Qiymət Mahir
tag: Yaponiya ,Sanae Takaiçi,Rusiya ,Kuril ,Todaypress.tv,
