Yaponiya 1972-dən sonra ilk dəfə pandalarsız qaldı

Dünya

28.01.2026 11:41

Çinin nəhəng pandaları Xiao Xiao və Lei Lei çərşənbə günü Sıçuan əyalətinə çatıb və bununla da Yaponiya 1972-ci ildən bəri ilk dəfə pandalarsız qalıb.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Çinin Nəhəng Panda Qorunması və Tədqiqat Mərkəzinin "WeChat" hesabında paylaşılan məlumata əsasən, Xiao Xiao və Lei Lei gecə saat 01:00-da Çendu şəhərindəki Tianfu Beynəlxalq Hava Limanına enib.

Pandalar səhər saat 06:00-da Sıçuanın Yaan bölgəsində yerləşən tədqiqat mərkəzinə çatdırılıb və hazırda karantin mərhələsindən keçirlər. 

Qeyd edək ki, Çində doğulan Xiao Xiao və Lei Lei pandaları illərdir Yaponiyada yaşayırdı. Onlar Yaponiyaya “panda diplomatiyası” çərçivəsində icarə (borc) əsasında verilmişdi. Pandaların Yaponiyadan geri qaytarılması iki ölkə arasında münasibətlərin həssas dövrdən keçdiyi bir mərhələdə baş verib və bu addım ictimaiyyətin də diqqətini çəkib.

Qiymət Mahir

tag: Çin,Yaponiya,Panda,Çendu ,Todaypress.tv,