Putinin danışıqlarda Avropadan istifadə etməkdə məqsədi bu imiş...

Putinin danışıqlarda Avropadan istifadə etməkdə məqsədi bu imiş...
26.10.2026 22:34 Dünya

Rusiyanın Ukrayna ilə bağlı danışıqlara Avropa ölkələrini cəlb etməkdə məqsədi danışıqların növbəti mərhələsindən NATO-nun genişlənməsi məsələsində güzəştlər əldə etmək üçün istifadə etmək olub.

TodayPress TV xəbər verir ki, bu barədə diplomatik mənbələr “The Telegraph” nəşrinə bildiriblər.

Məlumata görə, Rusiya lideri Vladimir Putin NATO-nun genişlənməsini müharibənin “əsas səbəbi” adlandırıb.

Nəşr xatırladıb ki, Kreml Putinin əsas tələbləri yerinə yetiriləcəyi təqdirdə digər məsələlərdə güzəştə getməyə hazır ola biləcəyinə işarə etmişdi. Bu tələblər mahiyyət etibarilə Ukraynanı suverenlikdən məhrum edir və NATO-nu şərqə doğru genişlənməsini azaltmağa məcbur edir.

"Putin, çox güman ki, NATO-nun Avropadakı mövcudluğunun 1997-ci il səviyyəsinədək azaldılmasını tələb edəcək. Həmin vaxt keçmiş Şərq blokuna daxil olan ölkələr alyansa qoşulmağa başlamışdı. Bu, NATO qoşunlarının Polşa, Estoniya, Latviya və Litvadan, eləcə də 2023-cü ildə alyansa qoşulmuş Finlandiyadan çıxarılması ehtimalını nəzərdə tutardı. Bu beş ölkənin hamısı Rusiya ilə həmsərhəddir", - deyə mənbələr bildiriblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər