İsrail İrana hücuma hazırlaşır - KİV

İsrail İrana hücuma hazırlaşır - KİV
26.10.2026 22:51 Dünya

İsrailin Baş naziri Benyamin Netanyahunun tələbi ilə ölkənin yüksəkvəzifəli rəsmiləri İrana qarşı mümkün hərbi əməliyyata hazırlıq məsələlərini müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Məlumata görə, İsrailin hərbi rəhbərliyi açıq şəkildə aparılan hazırlıqların Tehranı qabaqlayıcı zərbə endirməyə sövq edə biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək rütbəli komandirlər İrana qarşı hərbi əməliyyat keçirilməsi ideyasını dəstəkləsələr də, seçkilər ərəfəsində hücuma başlanmasının əleyhinə çıxıblar.

Hərbi rəhbərlik hesab edir ki, əməliyyatın vaxtının düzgün seçilməməsi regionda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər