Ronaldu geri dönür: Portuqaliyada sürpriz qərar
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu Portuqaliya millisinin noyabr ayında UEFA Millətlər Liqasında keçirəcəyi qarşılaşmalar üçün ilkin heyətə daxil edilib.
TodayPress TV Portuqaliyanın “O Jogo” nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu baş məşqçi Jorje Jezuşun nəzərdən keçirdiyi oyunçular arasında yer alıb.
Ronaldu ilə yanaşı, onun “Əl-Nəsr”dəki komanda yoldaşları Joao Feliks və Samu Koşta da ilkin siyahıya salınıblar. Lakin Portuqaliya Futbol Federasiyası yekun heyəti hələ açıqlamayıb.
Xatırladaq ki, Ronaldu sentyabrın 30-da baş məşqçi Jorje Jezuşla yaşadığı fikir ayrılığından sonra milli komandanın düşərgəsini icazəsiz tərk etmişdi. Bu səbəbdən futbolçu 30 günlük diskvalifikasiya olunmuş və 255 avro məbləğində cərimələnmişdi.
Onun cəzasının oktyabrın 30-da başa çatacağı gözlənilir. Bu isə Ronaldunun noyabr oyunlarında iştirakına hüquqi maneə qalmayacağı deməkdir.
Portuqaliya millisi noyabrın 14-də Danimarkanı qəbul edəcək, noyabrın 17-də isə Uelsin qonağı olacaq.
Ronaldunun yekun heyətə daxil edilib-edilməyəcəyi yaxın günlərdə məlum olacaq.
Kübra Musayeva