“Məkkə müdafiə ittifaqı”na daha bir ölkə qoşula bilər
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu “Məkkə müdafiə ittifaqı”na qoşulmasını istisna etməyib.
TodayPress TV xəbər verir ki, Pezeşkian bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.
İran lideri Tehranın regional təhlükəsizliyin təmin olunması məqsədilə yaradılan ittifaqda iştirak etməyə hazır olduğunu bildirib.
Pezeşkian müsəlman ölkələrinin qarşıdurma əvəzinə birləşməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, o, İranın hələlik ittifaqın fəaliyyət mexanizmləri barədə ətraflı məlumata malik olmadığını qeyd edib.
Oktyabrın 26-da Tehranda İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçirilib. Danışıqlarda regional təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
Qeyd edək ki, “Məkkə müdafiə ittifaqı” Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılıb. Razılaşma üzv ölkələrdən birinə silahlı hücumun bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilməsini nəzərdə tutur.
İranın ittifaqa mümkün üzvlüyü ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib.
Kübra Musayeva