"ABŞ-nin təhdidlərinə baxmayaraq İrana gəldilər..." - Rezai dördlü sammitin nəticələrini şərh etdi
İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan xarici müdaxilə olmadan regional təhlükəsizliklə bağlı razılığa gəliblər.
TodayPress TV xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai bildirib.
Onun sözlərinə görə, bugünkü sammitdən sonra əsas nəticələr belədir:
- Regional təhlükəsizlik xarici müdaxilə olmadan region ölkələrinin özləri tərəfindən təmin edilməlidir;
- İsrail Qəzza zolağından, İordan çayının qərb sahilindən, Livanın cənubundan və Suriyanın cənubundan çıxmalıdır.
Rezai vurğulayıb ki, bu dörd ölkə bir araya gəlsə, regionun bir çox problemləri həll oluna bilər.
“ABŞ-nin bütün təhdidlərinə baxmayaraq, üç böyük ölkə İrana gəldi. Təkcə bu fakt çox əhəmiyyətlidir", - deyə o bildirib və əlavə edib ki, sammit dörd ölkə arasında real, praktik əməkdaşlığın başlanğıcı ola bilər.
Aysel Mətəb