İraq sahillərində gəmi yanır
İraqın Fao liman şəhərindən 63 dəniz mili cənub-şərqdə bir gəmi yanır.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat verib.
“UKMTO İraqın Fao şəhərindən 63 dəniz mili cənub-şərqdə bir gəmidə yanğın baş verməsi ilə bağlı üçüncü tərəf mənbələrindən çoxsaylı məlumatlar alıb. Heyətin vəziyyəti, zərərin miqyası və ətraf mühitə təsirləri məlum deyil”, – deyə qeyd olunub.
Aysel Mətləb