Avropa İttifaqından terror təşkilatları ilə bağlı QƏRAR

Avropa İttifaqından terror təşkilatları ilə bağlı QƏRAR
26.10.2026 22:26 Dünya

Avropa İttifaqı (Aİ) İŞİD və “Əl-Qaidə” terror təşkilatlarına qarşı tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadıb.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Qərara əsasən, məhdudlaşdırıcı tədbirlər 2027-ci il oktyabrın 31-dək qüvvədə qalacaq.

Hazırda sanksiya siyahısına 15 fiziki şəxs və 8 qrup daxildir.

Siyahıda yer alan bütün şəxslərin və təşkilatların aktivləri dondurulub. Fiziki şəxslərin Aİ ərazisinə girişinə də qadağa qoyulub.

Bundan əlavə, Avropa İttifaqında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə sanksiya tətbiq edilən şəxslərə və təşkilatlara maliyyə vəsaiti, aktivlər və digər iqtisadi resurslar təqdim etmək qadağan edilib.

Bildirilib ki, bu məhdudiyyətlər BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə”yə qarşı tətbiq etdiyi sanksiyaları tamamlayır.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər