Dünyanın ən yaxşı hücumçusu bəlli oldu

Dünyanın ən yaxşı hücumçusu bəlli oldu
27.10.2026 02:18 İdman

“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn 2026-cı ilin ən yaxşı hücumçusu seçilib.

TodayPress TV xəbər verir ki, ingiltərəli futbolçu Londonda keçirilən “Qızıl top”-2026 mükafatlandırma mərasimində Gerd Müller mükafatına layiq görülüb.

Bu mükafat mövsüm ərzində yüksək qol məhsuldarlığı ilə fərqlənən futbolçuya təqdim olunur.

***

“Arsenal”ın futbolçusu Bukayo Saka 2026-cı ilin Sokrat mükafatının sahibi olub.

TodayPress TV xəbər verir ki, ingiltərəli futbolçu Londonda keçirilən “Qızıl top”-2026 mükafatlandırma mərasimində təltif edilib.

Sokrat mükafatı futbol meydanından kənarda xeyriyyəçilik, sosial təşəbbüslər və cəmiyyətə faydalı fəaliyyətlə fərqlənən şəxslərə təqdim olunur.

***

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2025/2026 mövsümünün ən yaxşı futbol məşqçisi seçilib.

TodayPress TV xəbər verir ki, ispaniyalı mütəxəssis Londonda keçirilən “Qızıl top”-2026 mərasimində “France Football” nəşrinin Yohan Kroyff adına mükafatını qazanıb.

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər