Tramp milyonluq mükafat elan etdi - Kimlər qazanacaq?
ABŞ Prezidenti Donald Tramp seçkilərdə saxtakarlıq hallarını üzə çıxaran şəxslərə 1 milyon dollar mükafat veriləcəyini açıqlayıb.
TodayPress TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ lideri bildirib ki, mükafat həm əvvəlki seçkilərdə, həm də 2026-cı il noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdə saxtakarlıq hallarını aşkar edən şəxslərə şamil olunacaq.
Onun sözlərinə görə, 1 milyon dollar mükafatın ödənilməsi üçün təqdim edilən məlumat əsasında saxtakarlıqda təqsirləndirilən şəxslər həbs olunmalı və məhkəmə tərəfindən təqsirli bilinməlidirlər.
Hələlik mükafatların hansı mexanizmlə ödəniləcəyi və vəsaitin haradan ayrılacağı açıqlanmayıb.
Kübra Musayeva