ABŞ və Cənubi Koreya hərəkətə keçdi: Böyük hazırlıq başladı

ABŞ və Cənubi Koreya hərəkətə keçdi: Böyük hazırlıq başladı
26.10.2026 23:15 Dünya

Cənubi Koreya və ABŞ iki həftə davam edəcək birgə hərbi-hava təlimlərinə başlayıb.

TodayPress TV xəbər verir ki, “Freedom Flag” adlı təlimlər Seuldan təxminən 180 kilometr cənub-qərbdə yerləşən Kunsan aviabazasında keçirilir.

Təlimlərə hər iki ölkənin əsas döyüş aviasiya qüvvələri cəlb olunub.

Manevrlərin əsas məqsədlərindən biri Cənubi Koreyanın birgə hərbi əməliyyatları müstəqil şəkildə planlaşdırmaq və həyata keçirmək imkanlarını qiymətləndirməkdir.

Bu proses müharibə dövründə qoşunlar üzərində operativ nəzarətin (OPCON) ABŞ-dən Cənubi Koreyaya ötürülməsinə hazırlıqla əlaqədardır.

Hazırda sözügedən səlahiyyətlər ABŞ tərəfindən həyata keçirilir.

Cənubi Koreya hakimiyyəti ölkədə yerləşən Amerika hərbi kontingenti də daxil olmaqla birləşmiş qüvvələrə komandanlıq etmək qabiliyyətini təsdiqləyəcəyi təqdirdə, bu səlahiyyətləri 2030-cu ilədək və ya daha əvvəl əldə etməyi planlaşdırır.

Kübra Musayeva

XƏBƏR LENTİ
27 OKTYABR 2026
Bütün Xəbərlər