Xartum Hava Limanı dron hücumuna məruz qaldı
Sudanın Xartum Beynəlxalq Hava Limanı dron hücumuna məruz qalıb.
TodayPress TV bu barədə "Sudan Tribune"a istinadən xəbər verir.
Məlumata görə, hücum daxili uçuşların bərpasından bir gün əvvəl baş verib. Yerli sakinlər hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü, partlayış səslərinin eşidildiyini və hava limanı ərazisində tüstü buludları müşahidə etdiklərini bildiriblər.
Jalə Rövşən