WSJ: ABŞ və İsrail İranda 2 mindən çox hədəfə zərbə endirib
Dünya
02.03.2026 13:27
İrana qarşı hərbi əməliyyatın başlamasından bəri ABŞ və İsrail silahlı qüvvələri İslam Respublikasında 2000-dən çox hədəfə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal " (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, son bir neçə ay ərzində ABŞ və İsrail hərbi liderləri potensial hədəflərin siyahısını birgə hazırlayıblar.
Əməliyyatın ilk günlərində onlar əsasən İranın yüksək rəhbərliyinin, hərbi və təhlükəsizlik qurumlarının, hava hücumundan müdafiə sistemlərinin, ballistik raket buraxılış qurğularının və kəşfiyyat obyektlərinin yerləşdiyi şübhəli yerlərə hücum ediblər.
Qəzet qeyd edir ki, təkcə İsrail Hərbi Hava Qüvvələri 28 fevraldan bəri İrana doğru 700-dən çox döyüş uçuşu həyata keçirib.
tag: ABŞ,İsrail,İran,Zərbə,Todaypress.tv,
